Azərbaycan yeni minaaxtaran texnika və robot istehsal edib

Azərbaycanda tank və piyada əleyhinə mina axtaran texnika və robot istehsal edilib.

Trend-in məlumatına görə, maşınlar “Protex industries” şirkəti tərəfindən istehsal olunub.

Yeni minaaxtaran texnikalar Bakıda keçirilən “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində nümayiş olunur.

Mina aşkarlayan robot piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. O, artıq ötən həftə işğaldan azad olunana torpaqlarda uğurla sınaqdan keçirilib.