Azərbaycan XİN Seul şəhərində baş vermiş insan tələfatı ilə bağlı Koreya hökumətinə başsağlığı verib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Seul şəhərində baş vermiş insan tələfatı ilə bağlı Koreya hökumətinə başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyi tviter səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Koreya Respublikasının Seul şəhərində baş vermiş faciəvi izdiham zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Koreya hökumətinə və xalqına başsağlığı veririk. Yaralananların hamısına tezliklə sağalmalarını arzu edirik”.