Azərbaycan və Aİ nəqliyyatın bütün növləri üzrə əməkdaşlığı müzakirə edəcək

Azərbaycan və Avropa İttifaqı (Aİ) nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi üçün Bakıda görüş keçirəcək.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

K.Yankauskas bildirib ki, 2019-cu ilin fevralında yüksək səviyyəli nəqliyyat dialoqu keçiriləcək:

“Bu görüş zamanı nəqliyyatın bütün növləri üzrə tərəflər arasında əməkdaşlığın inkişafı müzakirə olunacaq”.

Aİ rəsmisi əlavə edib ki, Azərbaycanla təşkilat arasında aviasiya sazişi də bu görüşdə müzakirə olunacaq.

K.Yankauskasın sözlərinə görə, bu sazişin imzalanması turizm sahəsində tərəflər arasındakı münasibətlərin inkişafına böyük təkan verəcək.