Azərbaycan üzgüçülük tarixində ilk: Avropa çempionatında medal qazandıq

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında ilk dəfə olaraq 35 idmançı arasında bürünc medal qazanıb.

Federasiyanın Mətbuat Xidmətinin rəhbəri Məqsəd Rəhimovun Trend-ə verdiyi məlumata görə, 18 yaşlı idmançı finalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə rəqiblərini qabaqlayaraq finişə üçüncü çatıb.