Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Cari il yanvarın 13-14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində yanvarın13-də Azərbaycan Respublikasının, Türkiyə Respublikasının və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. Yanvarın 14-də isə Azərbaycanın xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.