Müsabiqəyə təqdim olunacaq esselər internet saytlarında və sosial şəbəkələr vasitəsilə yayımlanacaq və sonda kitab şəklində nəşr ediləcək. Qaliblərə diplom və qiymətli hədiyyələr – birinci yer üçün 1 nəfərə noutbuk, ikinci yer üçün 2 nəfərə planşet, üçüncü yer üçün 3 nəfərə telefon veriləcək. 9 nəfərə isə həvəsləndirici mükafat olaraq fəxri fərman təqdim olunacaq.
Müsabiqəyə təqdim olunacaq esselər bu elektron ünvana göndərilməlidir: ssp_mtim@mail.ru Müsabiqəyə yazılar may ayının 20-dən avqust ayının 30-dək təqdim olunmalıdır. Qaliblərin mükafatlandırılması, kitabın nəşri və təqdimatı sentyabr ayında olacaq.
Xatırladaq ki, bundan öncə təqdimat tədbirləri Sumqayıt Dövlət Universitetində və Bakı Dövlət Universitetində keçirilmişdir.Xeberdar.net