Azərbaycan sahibkarları “AYSAF-2022” sərgisinə dəvət olunur

Noyabrın 16-19-da İstanbul şəhərində Ayaqqabı və Dəri Məmulatları Sərgisi – “AYSAF-2022” keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə bildirilib ki, sərgidə ayaqqabı istehsalı ilə məşğul olan yerli və beynəlxalq şirkətlər iştirak edəcək. 80-dən çox ölkədən 300-dən çox şirkətin iştirakının planlaşdırıldığı sərgidə ayaqqabı istehsalı üzrə müasir texnologiyalar, məhsullar nümayiş olunacaq, sahibkarlar arasında işgüzar görüşlər keçiriləcək. Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları ətraflı məlumatla https://www.aysafexpo.com/ linkdən tanış ola bilərlər.