Azərbaycan Rusiyadan şokolad idxalını artırıb

Azərbaycan Rusiyadan şokolad idxalını artırıb.

Türk.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun ayları ərzində Rusiya Azərbaycana 5,815 min ton şokolad ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur.

Bu ilin ilk yarım ilində qonşu ölkədən Azərbaycana ixrac edilən şokoladın ümumi dəyəri 13,48 mln ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin ilk yarım ili dövrü ilə müqayisədə 15,8% çoxdur.

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana idxal edilən şokoladın 72,8%-i Rusiyanın payına düşür. Dəyər nisbətində Rusiyanın Azərbaycana ixrac etdiyi şokoladın qiyməti 20,3 mln dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur. Qeyd edilən müddətdə Azərbaycana 7,984 min ton şokolad idxal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,6% çoxdur.

Beləliklə, Rusiya Azərbaycana şokolad tədarük edən əsas ölkələrdən biridir.