Azərbaycan qaz ixracını artırıb

Yanvar-noyabr aylarında qaz ixracı 19 faiz artıb. Avropaya 10,3 milyard kubmetr, Türkiyəyə 7,6 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat yayıb.

Nazir qeyd edib ki, bu dövrdə TANAP Türkiyəni 5,2 milyard kubmetr qazla təchiz edib.