Azərbaycan Ordusunun təlimləri zamanı döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib – VİDEO

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərində iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.

Bu barədə Türk.az a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromları və meydançalarına çıxarılıb.
Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.