Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu dəfn olunub

Azərbaycan Ordusunun Vətən müharibəsində ağır yaralanaraq 6 aydır koma vəziyyətində qalan və bu gün şəhid olan hərbi qulluqçusu Nurlan Fərrux oğlu Əbilovun cənazəsi doğulduğu Masallı rayonunun Şərəfə kəndinə gətirilib.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

O, doğulduğu Şərəfə kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 1994-cü il avqustun 4-də Masallı rayonun Ağakişibəyli kəndində anadan olan N.Əbilov Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb. O, oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

N.Əbilovun 3 və 5 yaşlarında iki oğlu yadigar qalıb.

Allah rəhmət eləsin!