Azərbaycan Ordusunun polkovnik-leytenantı qəfil vəfat etdi

Azərbaycan Ordusunun polkovnik-leytenantı dünyasını dəyişib.

Türk.az xəbər verir ki, Quru Qoşunlarının zabiti, Vətən Müharibəsi iştirakçısı, 1983-cü il təvəllüdlü Zülfüqarov Seymur Ənvər oğlu ötən gün qəfil dünyasını dəyişib.

Onun məzuniyyətdə olarkən İsmayıllı rayonunda istirahət vaxtı ürəktutmadan vəfat etdiyi bildirilir.

Allah rəhmət eləsin!