Azərbaycan neftinin bir bareli 83,26 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,64 dollar azalaraq 83,26 dollar olub.

Qeyd edək ki, neftin müvəqqəti profisit ehtimalının mövcudluğu səbəbindən dünya bazarlarında neft ucuzlaşmaqdadır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.