Azərbaycan kuboku: “Qarabağ” qələbə qazanıb, “Neftçi” heç-heçə edib

Futbol üzrə Azərbaycan kubokunda 1/4 finalın növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün ilk oyununda “Qarabağ” “Keşlə”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qolunu 56-cı dəqiqədə İbrahima Vadji vurub.

Günün son matçında isə “Neftçi” “Sabah” klubunu qəbul edib. “Bakcell Arena”da baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə hesabı 40-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Voislav Stankoviç açıb. Matçda son nöqtəni isə 50-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Coy-Lens Mikels qoyub.