Azərbaycan – İraq oyunu heç-heçə ilə yekunlaşıb

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, İraqın U-20 millisinə qarşı keçirilən oyun 2:2 hesabı ilə yekunlaşıb.

Millimizin qollarını Mahmud Ağayev və Ege Bilsel vurublar.