Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edilib

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2020-ci il 12 avqust tarixli Sərəncam imzalayıb.

Sərəncama əsasən Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Baş Naziri təyin olunub. Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri və Azərbaycan Respublikasının Maliyyə naziri təyin edilib.