Azərbaycan ilə Pakistan hərbi nümayəndə heyətlərinin görüşü keçirilib

Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində iyunun 22-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının müdafiə nazirinin müavini general-leytenant Mian Muhəmməd Hilal Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər hər iki ölkənin orduları arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə edib, hərbi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.