Azərbaycan II Dünya müharibəsinin başlamasının ildönümü ilə bağlı Polşada keçiriləcək tədbirlərdə iştirak edəcək

Azərbaycan Polşada keçiriləcək və II Dünya müharibəsinin başlamasının 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

“Report” Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev tədbirlərdə iştirak etmək üçün Polşaya gedəcək.

Polşada II Dünya müharibəsinin başlanmasının ildönümü münasibətilə tədbirlər sentyabrın 1-də keçiriləcək.