Azərbaycan güləşçisi ikiqat Avropa çempionu olub

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 55 kq çəki dərəcəsində rəqib gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumia olub. Görüş Əzizlinin qələbəsi ilə yekunlaşıb – 8:2.

Beləliklə, 30 yaşlı pəhləvan karyerasında ikinci dəfə Avropa çempionu olub. O, ilk belə çempionluğu 2018-ci ildə qazanıb. Həmin il Əzizli həm də dünya çempionu olub.