Azərbaycan gimnastları Polşada gümüş və bürünc medal qazanıblar

Polşanın paytaxtı Varşavada “Irina Cup” beynəlxalq turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bədii gimnastlarımız bu turnirdə komanda hesabına çoxnövçülükdə iki medal yazdırmağı bacarıblar.

Yarışda 2008-ci il təvəllüdlü gimnastlar arasında iştirak etmiş Leyli İsmayılova fəxri kürsünün ikinci pilləsinə yüksəlib, Məryam İonis isə bürünc medala layiq görülüb.