Azərbaycan fevralda 1,9 milyard dollarlıq ticarət əməliyyatları aparıb

Fevral ayında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 1 milyard 988,4 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi dəyərinin 824,4 milyon dolları idxalın, 1 milyard 163,9 milyon dolları isə ixracın payına düşüb.