Azərbaycan 2 ayda neft ixracından 2 milyard dollar gəlir əldə edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 5,694 milyon bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən 2 ayda ixrac edilmiş bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi dəyəri 2,044 milyard ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə icracın həcmi 0,3 % artıb, dəyəri isə 25 % azalıb.

Sözügedən məhsulların Azərbaycanın ümumi ixracında payı 83,9 % olub.