Avstriyada hava şarı yerə çırpılıb, xəsarət alanlar var

Avstriyanın şərqində hava şarının qəzaya uğraması nəticəsində 9 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Avstriyanın “Der Standard” qəzeti məlumat yayıb.

Hadisə Aşağı Avstriya federal əyalətinin Buklig-Velt bölgəsində baş verib.

Şar əvvəlcə yerə çırpılıb, sonra yaxınlıqdakı ağaclara ilişib.

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Bucklige Welt dağlıq ərazisi ilə seçilir.

ƏvvəlkiLüksemburqun Baş naziri Azərbaycan stendini ziyarət edib
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 52 yoluxma faktı qeydə alınıb