Avropada təbii qazın qiyməti bu il ilk dəfə olaraq 800 dolları ötüb

Avropada təbii qazın qiyməti bu il ilk dəfə olaraq min kubmetr üçün 800 dolları ötüb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Niderlandın TTF mərkəzi üzrə bir gün öncəsi müqavilə min kubmetr üçün 818 dollara, “ICE Futures” birjasında isə fevral TTF fyuçersləri 836 dollara çatıb.

Bayramlardan sonra temperaturun aşağı düşməsi və sənaye fəaliyyətinin bərpası ilə təbii qazın qiymətləri yüksəlir.