Avropada təbii qazın qiyməti 35 faiz bahalaşıb

Avropada fevralın 24-də keçirilən hərracda təbii qazın qiyməti 35 faiz bahalaşıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qaz fyuçersinin qiyməti 1400 dollara yüksəlib.

Bahalaşma bu gün səhər saatlarında Ukrayna ərazisinin Rusiya Federasiyası və Belarus Respublikası istiqamətindən hücuma məruz qalması fonunda baş verir.

Xatırladaq ki, dünən ticarət gününün başlanğıcında Avropada min kubmetr qaz üçün mart fyuçersinin qiyməti 960,6 dollar təşkil edirdi.