Avropada qazın qiyməti 1 060 dolları keçib

Avropada qazın qiyməti ticarər sessiyasının sonunda min kubmetr üçün 1 060 ABŞ dollarını ötüb.

“Report” bu barədə ICE birjasının məlumatlarına istinadən xəbər verir.

Niderlandın TTF qovşağında dekabr fyuçerslərinin qiyməti min kubmetr üçün 1063 dollar səviyyəsində müəyyən edilib.

Qeyd edilir ki, ticarət sessiyasının əvvəlində qazın qiyməti 1081 ABŞ dollarına çatıb.

Qazın qiymətinin ümumi artımı 8,7% təşkil edib.