Avropa Şurası Belarusla əməkdaşlığı dayandırıb

Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın Ukraynadakı hərbi əməliyyatında oynadığı rola görə Belarus hakimiyyəti ilə əməkdaşlığı dayandırıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

“Təşkilat Belarusun bütün iclas və tədbirlərdə iştirak hüquqlarını dayandırır. Bu, Belarusun Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının qismən razılaşmalarında iştirakına da aiddir”, – məlumatda deyilir.

Eyni zamanda, Avropa Şurası Nazirlər Komitəsi Minsklə istənilən texniki əməkdaşlığı dayandırmaq niyyətindədir.