Avropa Liqası: “Fənərbağça” öz meydanında Almaniya klubunu məğlub edib

Türkiyənin “Fənərbağça” klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi Liqa mərhələsinin III turunda Almaniyanın “Ştutqart” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 34-cü dəqiqədə penaltidən Kərəm Aktürkoğlu vurub.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran “Fənərbağça” 11-ci pilləyə yüksəlib. “Ştutqart” isə 3 xalla 25-ci sırada qərarlaşıb.

ƏvvəlkiPrezident İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib
NövbətiVladimir Putin: Söhbət Rusiya–ABŞ sammitinin ləğvindən deyil, təxirə salınmasından gedir