Avropa Komissiyası Ukraynanı gömrükdə vizasız rejimə dəvət edib

Avropa Komissiyası Ukraynanı gömrükdə vizasız rejimə dəvət edib.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Gömrük Xidməti məlumat yayıb.

Dövlət Gömrük Xidməti sədrinin müavini Vladislav Suvorovun sözlərinə görə, Avropa Komissiyasının qərarı Aİ-nin yekun qiymətləndirmə missiyasının nəticələrinə əsaslanır.

Birgə tranzit sisteminin beynəlxalq tətbiqi bu il dekabrın 1-dən başlaya bilər.