Avropa Komissiyası TAP vasitəsilə idxal ounan qazın məbləğini açıqlayıb

2022-ci ilin birinci rübündə Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya nəql olunan qazın məbləği 2,1 milyard avro təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının hesabatında deyilir.

Avropa Komissiyası bildirib ki, qeyd olunan dövrdə TAP vasitəsilə nəql olunan təbii qaz qiymətləri uzunmüddətli müqavilələr əsasında tədarük edildiyi üçün rəqabətqabiliyyətli olub.

“TAP 2022-ci ilin birinci rübündə Aİ-yə 24 teravatt/saata yaxın qaz nəqlini edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz çoxdur. Bu, Aİ-yə nəql olunan ümumi təbii qaz həcmlərinin təxminən 2,5 faizini təşkil edir. TAP Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qaz ehtiyatlarına çıxışı təmin edir ki, bu da Aİ-yə qaz tədarükünün təhlükəsizliyi siyasəyinin vacib nəticəsidir”, – hesabatda deyilir.