Avropa İttifaqı öz hava məkanını Rusiya üçün tamamilə bağlayır

Avropa İttifaqı üzv ölkələrin hava məkanını Rusiya təyyarələri üçün tamamilə bağlayır.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirilən mətbuat konfransında məlumat verib.

“Biz Aİ-nin hava məkanını rusiyalılar üçün bağlayırıq. Biz Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və ya Rusiyanın nəzarət etdiyi bütün təyyarələrə qadağa qoyuruq. Bu təyyarələr Aİ ərazisində eniş edə, qalxa və yaxud hava məkanı üzərində uça bilməyəcəklər”, – deyə o bildirib.

Ursula fon der Lyayenin sözlərinə görə, bu qadağa bütün təyyarələrə, o cümlədən özəllərə aiddir.