Avropa çempionatı: Azərbaycan komandaları heç-heçə edib

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün VIII turun görüşlərini keçiriblər.

“Report”un məlumatına görə, kişilərdən ibarət komanda Ukrayna yığması ilə qarşılaşıb. Oyun heç-heçə ilə yekunlaşıb – 2:2. Heyət üzvlərinin hamısı rəqibləri ilə “sülh”ə razılaşıblar.

Qadınlardan ibarət kollektiv isə Macarıstanla üz-üzə gəlib. Bu oyunda da eyni hesab qeydə alınıb. Heyət üzvlərindən Gövhər Beydullayeva görüşünü qələbə ilə bitirsə də, Xanım Balacayeva məğlubiyyətlə üzləşib. İlk 2 lövhədəki Günay Məmmədzadə və Gülnar Məmmədova isə heç-heçə ilə kifayətləniblər.

Avropa çempionatı, VIII tur
20 noyabr

Kişilər

Azərbaycan – Ukrayna – 2:2

Teymur Rəcəbov – Anton Korobov – 0,5:0,5

Rauf Məmmədov – Andrey Volokitin – 0,5:0,5

Qədir Hüseynov – Yuri Kuzubov – 0,5:0,5

Nicat Abbasov – Kirill Şevçenko – 0,5:0,5

Qadınlar

Macarıstan – Azərbaycan – 2:2

Sidoniya Lazarne – Günay Məmmədzadə – 0,5:0,5

Titsiya Qara – Gülnar Məmmədova – 0,5:0,5

Joka Qaal – Xanım Balacayeva – 1:0

Barbara Mihok-Yuhas – Gövhər Beydullayeva – 0:1