Avronun dəyəri son 20 ildə ən aşağı həddə düşüb

Avropada vahid valyuta olan avronun ABŞ dollarına nisbətən məzənnəsi təxminən son 20 il ərzində ən aşağı səviyyəyə düşüb.

AZƏRTAC xəbər verir ki, bu gün 1 avro 0,9881 ABŞ dolları təşkil edir və bu vəziyyət 2002-ci ilin sonundan bəri ilk dəfə yaranıb.

Bu valyuta kursunun aşağı düşməsi Avropada qaz tədarükü ətrafında yaranan böhran və Ukraynada müharibənin fəsadları fonunda baş verir.

Bu, avropalı istehlakçılar üçün bəd xəbərdir. İndi onlar idxal olunan mallar üçün daha çox ödəməli olacaqlar. Avropalı ixracatçılar üçün isə əksinə, yaxşı xəbərdir. Belə ki, onların məhsulları beynəlxalq bazarlarda daha cəlbedici olacaq.