“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb

2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanışlıq məqsədilə avqustun 19-da UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA-nın 70 nümayəndəsindən ibarət heyət müxtəlif sahələrdə hazırlıq işlərinin gedişi ilə tanış olacaqlar. UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, “Avro 2020”nin UEFA sponsorlarının da nümayəndələri Bakıya gələcək və Bakı Olimpiya Stadionu, şəhərimizdəki otellər, fan-zonanın təşkili üçün planlaşdırılan ərazilərlə tanış olacaqlar.

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, “Avro 2020”nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də “A” qrupunun oyunları, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

ƏvvəlkiAzərbaycanda vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
NövbətiLənkəran Dövlət Dram Teatrı İranda festivalda olub