Avqustun 31-də Azərbaycanda COVID-19 əleyhinə 1608 doza vaksin vurulub

Avqustun 31-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1608 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 329, ikinci doza vaksinlərin sayı 279, üç və daha çox doza vaksinlərin sayı 866, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 134-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 860 min 396, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 373 min 902, ikinci mərhələ üzrə 4 milyon 863 min 85, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 364 min 209, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 259 min 200-dür.