““Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır” – Hikmət Hacıyev

Humanitar yardım adı altında sanksiya tətbiq olunmuş korrupsioner “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “tvitter” hesabında bildirib.

H.Hacıyev qeyd edib ki, bu, Çikaqo Konvensiyasının və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarının açıq şəkildə pozulmasıdır.

ƏvvəlkiAzərbaycan QHT-ləri bəyanat yayıb
NövbətiErmənistanın atəşkəsi pozması nəticəsində mülki şəxs öldü