Astananın abadlaşdırılmasında rəqəmsal addım: “Taza Qazaxıstan” platforması

Astana sakinləri abadlıq, yaşıllaşdırma və yol təmiri ilə bağlı müraciətlərini “Taza Qazaxıstan” (Таза Қазақстан) onlayn platforması üzərindən göndərirlər.

AZƏRTAC Astana şəhər icra hakimiyyətinə istinadla xəbər verir ki, şəhərin hər bir sakini “Taza Qazaxıstan” platforması vasitəsilə abadlıqla bağlı mövcud problemləri qeyd edə bilər. Platformanın fəaliyyətə başladığı vaxtdan – 2024-cü ilin yayından indiyədək 3669 müraciət daxil olub, onlardan 3305-i icra edilib, 3 müraciət icra mərhələsindədir, qalanları isə baxılma prosesindədir.

Müraciətlərdə əsasən ərazilərin abadlaşdırılması, işıqlandırma, yolların təmiri, yaşıllaşdırma, həmçinin qanunsuz tullantı sahələrinin aradan qaldırılması ilə bağlı məsələlər qaldırılır.

Bütün qeydlər operativ şəkildə işlənilir ki, bu da sakinlər üçün yaranan narahatlıqların minimuma endirilməsinə imkan verir.

Əvvəlki“Türk Dünyasına xidmət” mükafatlarının sahibləri məlum olub
NövbətiMeksikada zəlzələ baş verib