Qazaxıstanın Energetika Nazirliyində ABŞ Energetika Nazirliyinin və səfirliyinin nümayəndələri olan Devid Uilbor və Qordon Teyt ilə görüş keçirilib.
AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, tərəflər ölkələr arasında ikitərəfli enerji əməkdaşlığının əsas məsələlərini, habelə onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Qazaxıstanın neft-qaz sahəsindəki strateji prioritetlərinin reallaşdırılmasına xüsusi diqqət ayrılıb. Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeșov ölkə iqtisadiyyatı və enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyan iri neft-qaz layihələrinin əsas rolunu qeyd edib.
Kömür sənayesinə və kömür-kimya sahəsinin inkişafına müzakirə mövzusu olub. Tərəflər kömürün emalı üzrə müasir texnologiyaların tətbiqi, istehsalın səmərəliliyinin və ekoloji cəhətdən təhlükəsizliyinin artırılması potensialını müzakirə ediblər.
Görüş çərçivəsində Qazaxıstan ilə ABŞ arasında “Strategic Energy Dialogue” (SED) platformasının ekspertlərarası qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün səmərəli mexanizm kimi əhəmiyyəti vurğulanıb.
Tərəflər əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduqlarını və Qazaxıstanın “CERAWeek” də daxil olmaqla əsas beynəlxalq platformalarında fəal iştirakını təsdiqləyiblər.




















































