ASCO ötən ilin təhlükəsizlik və ekologiya hesabatını verib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2020-ci ilin yekunlarına və IV rübü üzrə Keyfiyyət Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf mühitinin mühafizəsi haqqında hesabatı açıqlanıb.

Bu barədə “Report”a ASCO-dan bildirilib.

Məlumata görə, sənəddə sözügedən dövrdə təhlükəsizlik xəbərləri, təhlükəsizlik videoları, baş vermiş qəza və hadisələr, tibbi hesabat, KSƏTƏMM statistikası, xarici və daxili auditlər, monitorinqlər, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ekologiya üzrə ümumi nöqsanlar, ətraf mühitin mühafizəsi üzrə məlumatlar, I, II, III rüblər üzrə çatışmazlıqların müqayisəsi, IV rübdə Təhlükəsizliyin Keyfiyyət idarəetmə sisteminə edilmiş dəyişikliklər, hazırlanmış Təhlükəsizlik bülletenləri, SƏTƏMM üzrə keçirilmiş təlimlər və sair kimi məsələlər haqqında ətraflı məlumat yer alıb.

Qeyd olunub ki, rüb ərzində ASCO-nun bütün idarələri üzrə əmək qabiliyyətinin itirilməsinə yol verilmədən iş saatların miqdarı 3 004 040 saat təşkil edib.

Hesabatda koronovariusla əlaqədar tətbiq olunan karanatin rejimi ilə bağlı ASCO-da həyata keçirilən tədbirlərdən də bəhs olunub.

Təhlükəsizlik hesabatında qarşıdakı hədəflər barədə də geniş məlumat verilib.