“ASAN xidmət” əməkdaşları vaksinasiya olunur

Bu gündən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.

“Report” xəbər verir ki, peyvəndlənmə 1 saylı “ASAN xidmət” mərkəzində aparılır.

Artıq qurumun 75 əməkdaşı peyvənd olunub.

Qeyd edək ki, qurumun əməkdaşlarının vaksinasiyası könüllü formada həyata keçirilir.