Arvadını döyən məşhur aparıcı həbs edilə bilər

Türkiyənin məşhur proqramlarından birinin aparıcısı həyat yoldaşına qarşı zorakılıq tətbiq etməkdə ittiham olunub.

Turk.az xəbər verir ki, “Söz Oyunu” adlı proqramın aparıcısı Ali İhsan Varol həyat yoldaşına zorakılıq tətbiq etməkdə günahlandırılıb. Məhkəmədən 4 ilə qədər həbsi istənilən aparıcı haqqında irəli sürülən ittihamlara sosial media üzərindən cavab yazıb.

Aparıcı “Tvitter” hesabından yazır: “Belə bir böhtana qarşı səssiz qalmaq olmaz. Danışsam da qadının bəyanı əsasdır. Sistem həqiqətən zorakılığa məruz qalan qadınları müdafiə edirsə, eybi yox, qoy bu ittihamların izi məndə qalsın. Üzülmürəm. Həqiqət gec-tez üzə çıxacaq”.

İttihamlara görə, məşhur aparıcı həyat yoldaşı Ayşe Varolu əvvəlcə təhqir edib, daha sonra da ağır yumruq zərbələri vurub.