“Artilleriya atəşinin ustaları” müsabiqəsində Azərbaycan komandasının birinci heyəti uğur qazanıb – VİDEO

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən Azərbaycan komandası yarışlara inamla qoşulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Dünən keçirilən mərhələdə artilleriyaçılarımızın birinci heyəti öz bacarığını nümayiş etdirib.

Gecə və gündüz atışlarında iştirak edən birinci heyətimiz hakimlərin qərarına əsasən 12 komanda arasında 3-cü yerə layiq görülüb.

ƏvvəlkiAlmazbek Atambayevin iqamətgahında yeni əməliyyat başlayıb
NövbətiAzərbaycan Ordusunun təlim hissə və bölmələrində andiçmə mərasimi keçiriləcək