Aqil Məlikovun yaradıcılıq gecəsi keçiriləcək

Mayın 18-də Heydər Əliyev Sarayında ustad xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikovun yaradıcılıq gecəsi keçiriləcək.

Bu barədə “Report”a saraydan məlumat verilib.

Gecədə Buta instrumental ansamblın müşaiyyəti ilə Xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Zabit Nəbizadə, Nəzakət Teymurova, Eyyub Yaqubov, Əməkdar artistlər Firuz Səxavət, Aygün Bəylər, Təyyar Bayramov, Gülüstan Əliyeva, Nurlan Növrəsli, Əməkdar müəllim Qəzənfər Abbasov, ifaçılar Hüseyn Məlikov, Vəfa Vəzirova, Məmməd Nəcəfov və Vüqar Əliyev ifa edəcək.

Konsertin biletləri artıq satışa çıxarılıb.