Aprelin 14-də Azərbaycanda COVID-19 əleyhinə 7 min dozadan çox vaksin vurulub

Aprelin 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 7 min 603 doza vaksin vurulub.

dan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 552, ikinci doza vaksinlərin sayı – 538, üç və daha çox doza vaksinlərin sayı – 6 min 18, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 495-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 574 min 804, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 332 min 840, ikinci mərhələ üzrə 4 milyon 834 min 938, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 171 min 771, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 235 min 255-dir.