“Aprel Döyüşləri Ən Yeni Tariximizin Qəhrəmanlıq Salnaməsidir” layihəsi çərçivəsində hazırlanan “Aprel Döyüşləri” kitabının təqdimatı keçirildi

Bu gün, oktyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin həyata keçirdiyi “Aprel Döyüşləri Ən Yeni Tariximizin Qəhrəmanlıq Salnaməsidir” layihəsi çərçivəsində şairlər arasında keçirilən müsabiqənin qalibləri elan olundu və layihəsi çərçivəsində nəşr olunan “Aprel Döyüşləri” kitabının təqdimatı keçrildi.

Tədbiri “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin sədri Cəvahir Qaraqızı açaraq bildirdi ki, aprel döyüşləri ən yeni tariximizin həqiqətən qəhramanlıq salnaməsidir. Çox şadam ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bizim bu ideyanı yüksək qiymətləndirərək ona maliyyə dəstəyi verdi. Mən eyni zamanda bu müsabiqəyə qatılan bütün qələm dostlarıma öz təşəkkürümü bildirirəm ki, onlarda öz qələmləri ilə bizim bu ideyanın gerçəkləşməsinə öz töhfələrini verdilər. Müsabiqəmizə 100-dən artıq müəllif qatılmışdı. Amma biz layihənin ideya yükünü nəzərə alaraq seçim etmək zorunda idik. Təbbi ki, bütün şeirlərdə Azərbaycan əsgərinin qəhramanlığı və şəhidlərimizin sücayəti vəsf olunurdu. Amma biz yenədə seçim etdik, Azərbaycan əsgərinə və şəhidlərimizin müqəddəs ruhuna etiram əlaməti olaraq həm müsabiqəmizin qaliblərini müəyyənlədirdik, həm də bu kitabı araya-ərsəyə gətirdik. İnanıram ki, bu kitab gənclərimizdə vətənpərvərlik ruhunun yüksəlməsində özünü göstərəcək. Sonra münsiflər heyətinin üzvləri Fəridə Ləman, Zərəngiz Dəmirçi Qayalı, Hacı Azadə Abbasqızı, Fərqanə Mehdiyeva və Ziyadxan Budaq çıxış edərək layihə haqqında öz fikirlərini bildirdilər. Daha sonra müsabiqənin qalibləri elan olundu onlara qiymətli hədiyyələr və diplom təqdim edildi. Məlumat üçün bildirək ki, birinci yerin qalibi Aləmzər Əliyeva, ikinci yerlərin qalibləri, Sultan ÖZATEŞ və Əzizə Ağahüseynqızı, üçüncü yerlərin mükafatçıları isə Səadət Buta, Pərvanə Nizaməddin və Savalan Abbas oğlu oldu.

Müsabiqəyə qatılan bütün şairlərə diplomlar və hədiyyələr verildi, eyni zamanda tədbirə qatılan aşıq İsa Təbrizliyə, aşıq Sevil Xıdırovaya və aşıq Zahidə və müğənni Ziba Sevindik qızınada qiymətli hədiyyələr və diplom təqdim edildi. Tədbirin sonunda iştirakçılara bir daha öz minnətdarlığını bildirdirən “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin sədri Cəvahir Qaraqızı Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Milli Ordusuna Qarabağın işğal olunmuş ərazilərində Azərbaycan bayrağını sancmağı arzu etdi və “Aprel döyüşləri ən yeni Tariximizin Qəhrəmanliq Salnaməsidir” layihəsini dəstəklədiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev cənablarına, Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasəət Qurbanov cənablarına və bu kitabda əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi.

Tədbirdən sonra iştirakçılar çay süfrəsinə dəvət olundu.