“Apple” şirkəti “iPhone 17” mobil telefonunu təqdim edəcək

“Apple” şirkəti “iPhone 17” mobil telefonunun təqdimatına hazırlaşır.

AZƏRTAC-ın məlumatına görə, şirkət sentyabrın 9-da xüsusi tədbir keçirəcəyinin anonsunu verib. Kaliforniya ştatının Kupertino şəhərində keçiriləcək tədbirdə şirkətə məxsus “iPhone 17” mobil telefonunun müxtəlif modellərinin ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. Şirkətin bu dəfə, həmçinin daha incə “iPhone 17 Air” modelini satışa çıxaracağı deyilir.

ƏvvəlkiDanimarkada 8500 il əvvəl dəniz sularının altında qalmış yaşayış məskəni aşkar edilib
NövbətiPlan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub