Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil edilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, həmçinin hər iki qurumun nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

ƏvvəlkiBir sıra cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir
NövbətiŞəkidə III MDB Oyunlarına sınaq xarakteri daşıyan batut gimnastikası yarışı keçirilib