AMEA Yüksək Texnologiyalar Parkında tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) COVID-19 pandemiyası dövründə kollektivin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, YT Parkın nəzarət-buraxılış məntəqəsi, ərazisi, inzibati binanın otaqları, konfrans zalı və dəhlizlər dezinfeksiya olunub.

YT Parkda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə əməl olunur. Karantin dövründə müəssisəyə məhdud sayda işçilər cəlb edilib. Əksər işlərin məsafədən həyata keçirilməsinə üstünlük verilir. Bununla yanaşı, əməkdaşların tibbi maska olmadan müəssisəyə daxil olması qadağan edilib. İşçilər hərarətləri elektron termometrlə ölçüldükdən sonra tibbi maska ilə müəssisəyə buraxılır, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur. Qurumun kollektivi arasında virusla mübarizə məsələlərinə dair maarifləndirmə işləri də davam etdirilir.