AMB qısamüddətli notları hərraca çıxardı

Dekabrın 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 30 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Trend xəbər verir ki, tənzimləyicinin məlumatına görə, hərrac zamanı 11 investor 11 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlərlə ümumi məbləği 44 740 200 manat təşkil edib.

AMB-nin qərarına əsasən, bir notun orta qiyməti 97,7974 manat (4,83 faiz) olub.

Notların ödəmə tarixi 18 may 2023-cü ildir.