Altı ayda ölkəyə 35,1 min avtomobil idxal olunub

Yanvar-iyun aylarında Azərbaycana 460 milyon 889 min ABŞ dolları dəyərində 35 min 173 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 323-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 32 min 382-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 2306-sı yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 162-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.